24 C
Baku
20 İyul 2025, 4:09
Texnologiya

Honda və Toyota milyonlarla avtomobili geri çağırdı

Bugun.tv xəbər verir ki, Honda və Toyota şirkətləri milyonlarla avtomobilini geri çağırmalı olub.

Belə ki, 14,5 milyon maşının yanacaq nasoslarında nasazlıq aşkarlanıb. Bu da ciddi narazılıqlarıa qarşılanıb. Qeyd edək ki, sözügedən ehtiyat hissəsinin istehsalçısı Denso Corp şirkətidir.

Artıq Honda 2003-2020-ci illər arasında istehsal etdiyi 8,3 milyon, Toyota isə 2005-2020-ci illər arasında istehsal olunan 6,2 milyon avtomobili geri çağırıb.

Araşdırmanın nəticələrinə görə, aşkarlanan nasazlıq nəqliyyat vasitəsinin dayanmasına səbəb olur.

Geri çağırılacaq avtomobillər arasında Honda Civic, Accord, CR-V, HR-V, Pilot və Odyssey modelləri və Toyota Corolla, Camry, RAV4, Highlander, Prius və Tacoma modelləri də var.

Qüsur aşkar edildikdən sonra şirkətlər müştərilərdən üzr istəyib. Bunun qarşılığı olaraq Honda və Toyota nasazlıq yaranan yanacaq nasoslarını pulsuz əvəzləyəcək.

Ümumilikdə, son illər avtomobil sənayesində geriçağırmalara çox tez-tez rast gəlinir.

Xatırladaq ki, 2021-ci ildə General Motors 10 milyon, Volkswagen isə 8,5 milyon avtomobili geri çağırıb.

Aynur Camal

Oxşar xəbərlər

Batareyaların ixtiraçısı vəfat etdi

Teymur Əziz

Kosmosa uçuş 200 min dollar, yerləşmə 9,5 milyon dollardır

Bugün TV

Süni intellektlə işləyən proqramlar əlillərin həyatını asanlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu