Hong Kong — Çinin cənub sahillərində, Güney Çin Dənizi sahilində yerləşən xüsusi inzibati bölgədir.
1997-ci ildə Böyük Britaniyadan Çinə qaytarıldıqdan sonra “Xüsusi İnzibati Bölgə” (Special Administrative Region – SAR) statusu alıb.
Bildiymiz kimi, ötən gün Honkonqun Tay Po rayonundakı bir mənzil binasında baş verən yanğın tez bir zamanda bütün mərtəbələrə yayıldı. Səlahiyyətlilər binada insanların qaldığını və itkilərin olduğunu bildirdilər. Və indi də intensiv xilasetmə qrupları səylərini davam etdirirlər.
Bu hadisədən sonra Honkonqun yeri, mənsub olduğu ölkə, əhalisi və valyutası ilə bağlı suallar yenidən ictimai gündəmdə qaldırılıb.
Çərşənbə günü Honkonqun Tay Po rayonundakı nəhəng Vanq Fuk Kort yaşayış kompleksində bir neçə göydələn eyni anda alovlandığı üçün səmanı qatı boz tüstü bürüdü və ərazini xaosa qərq etdi. Qlobal diqqəti cəlb edən fəlakət bir daha Honkonqla bağlı sualları ortaya çıxardı.

HONQ KONQ HARADADIR VƏ HANSI ÖLKƏYƏ MƏXSUSDUR?
Honq Konq Avropa qitəsində, Şimal yarımkürəsində yerləşir. Çin daxilində metropoliten ərazi kimi xüsusi inzibati bölgə statusuna malikdir. Bu status sayəsində Hong Kong öz qanunlarına, inzibati strukturlarına və müəyyən qədər avtonom idarəçiliyə malikdir.
HONQ KONQDA NƏ QƏDƏR ƏHALİ VAR?
Ümumi sahəsi 1104 kvadrat kilometr olan bu bölgədə 7,3 milyondan çox çoxmillətli əhali yaşayır. Bu sıxlıq Honkonqu dünyanın ən sıx məskunlaşmış şəhərlərindən birinə çevirir.
Mənbə: Ahaber
