16 C
Baku
26 Mart 2026, 18:13
Dünya

Hörmüz boğazında 1900-ə yaxın gəmi ilişib qalıb

Hörmüz boğazı ətrafında ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra təxminən 1900 ticarət gəmisi hərəkətsiz vəziyyətdə qalıb.

Məlumata görə, fevralın 28-dən başlayan hücumlar və İranın cavab olaraq boğazı ABŞ və İsraillə əlaqəli gəmilər üçün faktiki bağlaması nəticəsində bölgədə dəniz nəqliyyatı demək olar ki, dayanıb. Keçid edə bilməyən gəmilər əsasən Basra körfəzi ətrafında lövbər salaraq gözləyir.

İran bildirib ki, yalnız hücumlarda iştirak etməyən və təhlükəsizlik qaydalarına əməl edən ölkələrin gəmilərinə boğazdan keçidə icazə verilə bilər.

İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari isə keçidin əvvəlki qaydalarla bərpa olunmayacağını və hansı gəmilərin boğazdan istifadə edəcəyinə İranın qərar verəcəyini açıqlayıb.

Məlumatlara əsasən, bölgədə ilişib qalan gəmilər arasında yüzlərlə neft tankeri, konteyner gəmisi və yük daşıyıcıları var. Tankerlərdə ümumilikdə təxminən 190 milyon barel neft və neft məhsulunun olduğu bildirilir.

Beynəlxalq ekspertlər qeyd edirlər ki, boğazda yaranan bu vəziyyət qlobal enerji bazarına və daşımalar üzrə qiymətlərə ciddi təsir göstərir. Xüsusilə tanker bazarında qiymətlərin kəskin artdığı vurğulanır.

Qeyd edək ki, normal şəraitdə dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin təxminən 30 faizi Hörmüz boğazından keçir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada yağışlı hava turizmin cəlbedici hissəsinə çevrilir

Aynur Camal

Dünya şöhrətli restoranlarda “qaranlıq tərəflər” müzakirə olunur

Aynur Camal

Tramp: İranla bağlı hadisələr “müharibə” deyil, hərbi əməliyyatdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu