21 C
Baku
15 Mart 2025, 12:24
Dünya

Hörümçək adam 30 mərtəbəli binaya dırmaşarkən yaxalandı

Arjanın paytaxtı Buenos-Ayresdə 30 mərtəbəli binanın üzərinə təhlükəsiz şəkildə dırmaşmağa çalışan “Hörümçək adam” ləqəbli Marcin Banot bu dəfə yaxalanıb.

Dünyanın bir çox şəhərində təhlükəli hündür binalara və qüllələrə dırmaşan “Hörümçək adam” ləqəbli Marcin Banot Argentinada yaxalanıb. Binadakı insanlar paytaxt Buenos-Ayresdə 30 mərtəbəli binaya dırmaşmağa çalışan Banotu polisə xəbər veriblər. Mühafizəçilər Banot üçün hərəkətə keçib. Banotun dırmaşdığı binaya 30 yanğınsöndürən, təcili yardım və polis maşınları gəlib. Təhlükəsizlik kordonu yaradılıb.

Argentina millisinin forması geyinərək binanın 25-ci mərtəbəsinə çıxan Banotu yanğınsöndürənlər yaxalayaraq aşağı endirdilər. Fransanın AFP xəbər agentliyi Banotun yanğınsöndürənlərə müqavimət göstərmədiyini bildirib.

Argentina Federal Polisindən əməliyyata qatılan Qonzalo Dominik 36 yaşlı Banotun keçən həftə yanındakı binaya dırmaşmağa çalışdığını, lakin girişdə mühafizəçilər tərəfindən saxlandığını bildirib. Dominik bildirib ki, Banot saxlanılıb və xilasetmə əməliyyatının xərclərini ödəməklə cəzalandırıla bilər.

Digər tərəfdən sosial mediada paylaşdığı akrobatika və dırmaşma görüntüləri ilə tanınan Polşalı Banot Tayland və Fransada bir çox körpü, qüllə və göydələnlərə dırmaşıb.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Keçmiş “Mossad” rəhbəri: “İsrail bölünmüş ölkəyə çevrilib”

Kəmalə Sultan

ABŞ-da böhran: Nazirin 11 sentyabr tələbi rədd edildi

Aynur Camal

Almaniyada kilsədə cinsi istismara görə təzminat qərarı çıxdı

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu