15 C
Baku
29 Mart 2024, 16:29
Texnologiya

Qısa dildə desək hostinq saytın internetdə yerləşdiyi yer, domen isə onun ünvanıdır. 

Belə bir misal çəkək biz ev tikmək istəyirik və bunun üçün bizə mütləq bir şəkildə torpaq sahəsi lazımdır məsələn 6 sot, hansı ki, orada ev tikiləcək. Təbii ki, tikiləcək evimizin yerləşdiyi torpaq sahəsinin bir ünvanıda olmalıdır. Məsələn C.Əliyev küçəsi 22. hostinq və domen
Burada evimizi tikəcəyimiz torpaq sahəsini hostinq adlandıra bilərik. Ünvan isə domain olacaq.
Daha da, aydınlıq gətirək:

6 sot torpaq sahəsi = 6 GB HOSTİNG
C.Əliyev küçəsi = www.bugun.tv

Mütləq şəkildə onu da bilmək lazımdır ki, hostinq və domen yalnız icarəyə götürülür. Minimum icarə müddəti domenlərdə 1 il, hostinqdə isə 1 aydır. Siz xidmətlərdən və müddətdən asılı olaraq müxtəlif məbləğdə icarə haqqı ödəyirsiniz.

Etibarlı hostinq və domen 

Bu gün internetdə bir çox provayderlər sizə pulsuz hostinq təklifi edə bilər. Lakin bu hostinqlər düşündüyünüz qədər də etibarlı deyil. Necə deyərlər “Ucuz ətin şorbası olmaz”
İllərlə təcrübəsi olan böyük şirkətlər sizə etibarlı hostinqlər təklif edə bilərlər. Bir az öncə qeyd etmişdik ki, hostinqi ev tikəcəyimiz torpaq sahəsinə bənzədə bilərik. Təbii, biz torpaq sahəsi aldığımız zaman müəyyən məsələlərə diqqət yetiririk. Məsələn torpağın sahəsi, əlverişli yerdə olması, torpaq sahəsinin yaxınlığında kommunal xidmətlərin varlığı, su, elektrik xətti və s.

Hostinqi də alarkən müxtəlif parametrlərə diqqət yetirmək lazımdır. Sifarişdən öncə elə bir seçim etməliyik ki, seçdiyimiz hostinq quraşdıracağımız saytın parametrlərinə uyğun olsun.

Hostinq və domeni hardan sifariş edə bilərəm?

Texnologiyanın inkişaf etdiyi bir vaxtda internetdən məlumat axtarışı zamanı qarşınıza hostinq və domain satışı ilə məşqul olan minlərlər şirkətlər çıxa bilər və hansı ki, onlar sizə bonuslar, aksiyalar və ya hədiyyələr təklif edə bilərlər və unutmayaq ki, bu sahədə rəqabət böyük olduğuna görə bu bir reklam siyasətidir. Yalnış seçim sonradan problemlər yaradacaq ona görə də ilk öncə sizə xidmət təklif edən şirkət haqqında geniş araşdırma aparın və müştərilərin həmin şirkət haqqında fikirlərini öyrənin. Siz hostinq sifariş edərkən saytınızın hansı məqsədlər üçün hazırlandığına diqqət etməlisiniz. Məsələn sadə vizit saytlar üçün böyük disk ölçüsü olan hostiqlərə o qədər də ehtiyyac duyulmur. Ancaq məsələ disk sahəsinin böyük və kiçik olması ilə bitmir. Hostinqlərin yerləşdiyi serverin hansı gücdə və hansı əməliyyat sistemi ilə işləməsi, hansı proqramlaşdırma dillərini dəstəkləməsi və s. kimi xüsusiyyətlərə diqqət yetirmək lazımdır.

Məsələn dünyanın ən öndə gedən şirkətlərindən biri olan HOSTİNGER.COM müxtəlif qiymətlərə hostinq paketləri təklif etməklə yanaşı maraqlı aksiyalar da təşkil edir. Belə ki, siz 1 illik domen sifariş etdiyiniz halda şirkət sizə  SSL sertfikatı  hədiyyə verir. Əgər sizin saytınız varsa və başqa serverdə yerləşirsə və siz onu HOSTİNGER.COM serverinə köçürmək istəyirsinizsə bu halda HOSTİNGER.COM həm sizə saytlarınızı yeni servere köçürməyə təmənnasız kömək edəcək və sizə 1 aylıq pulsuz hostinq verəcək. Şirkətin bu və ya başqa kompaniyalarından yararlanmaq, hostinq və domen sifarişi etmək istəsəniz. Aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

  1. Hostinq sifarişi
  2. Domen sifarişi
  3. SSL sertifikat

Bugun.tv  | Teymur Əziz

Teymur Əziz

Oxşar xəbərlər

Robot həyat yoldaşı satışa çıxarılacaq

Kəmalə Sultan

Günəşdən daha parlaq cisim kəşf edildi

Bugün TV

ABŞ Ayda dəmir yolu tikmək istəyir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu