8 C
Baku
22 Dekabr 2025, 0:27
Baş xəbərMədəniyyət

“Hozu Cangüdən” filminin qala gecəsi baş tutub

“Hozu Cangüdən” filminin qala gecəsi baş tutub.

Bugün.tv-yə daxil olan məlumata əsasən, oktyabrın 31-i Park Cinema Flame Towers kinoteatrında “Hozu Cangüdən” filminin qala gecəsi keçirilib.

Gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rollarını aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanım paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.

Aktyor M.Hüseynov filmlə bağlı fikirlərini bizimlə bölüşüb:

“Bu film hər kəs üçündür. Biz ümid edirik “Hozu Cangüdən” hər kəs də yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən Park Cinema-da “Hozu Cangüdən” filmini izləməyə dəvət edirik”

Tamaşaçılar filmi Park Cinema kinoteatrının Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall filiallarında izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində hər gün saat 17:00-dək 50% endirim kampaniyası davam edir və “Hozu Cangüdən” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər.

Həmçinin hər həftənin çərşənbə axşamı günü Park Cinema-da bütün filmlər cəmi 3 AZN-dən satışdadır. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.

Aynur Camal

Oxşar xəbərlər

Paris Devid Bouinin xatirəsini yad etdi

Bugün TV

ABŞ və Səudiyyə Ərəbistanı arasında irəliləyiş

Bugün TV

Sabahdan hava şəraiti dəyişir, güclü külək əsəcək, leysan yağacaq – XƏBƏRDARLIQ

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu