23 C
Baku
10 İyun 2025, 0:40
Dünya

Hücuma məruz qalan baş nazir öz vəzifəsinə qayıtdı

Slovakiyada silahlı hücum nəticəsində ağır yaralanan baş nazir Robert Fiko müalicəsindən sonra vəzifəsinə davam etdiyini açıqlayıb.

Mayın 15-də baş verən silahlı hücumda ağır yaralanan Slovakiyanın baş naziri Robert Fiko sosial media hesabında iş masasında çəkdirdiyi fotosunu paylaşaraq vəzifəsinə qayıtdığını açıqlayıb.

“Hörmətli mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün peşmanam, amma qayıtdım” deyə Fico paylaşıb.

 Fikoya sui-qəsd cəhdi

Fiko paytaxt Bratislavadan təxminən 200 kilometr uzaqlıqdakı Handlova qəsəbəsində keçirilən Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən hücuma məruz qalıb.

Ölkə mətbuatında hökumətin siyasətini bəyənmədiyi üçün hücumu 71 yaşlı solçu Slovakiya vətəndaşı Juraj C.-nin təşkil etdiyi bildirilib.

Bədəninə birdən çox güllə dəyən Fiko təcili müdaxilə etmək və vaxt itirməmək üçün təcili yardım helikopteri ilə Banska Bystrica əyalətindəki Ruzvelt Xəstəxanasına göndərilmişdi.

Mənbə: EnSonHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Biz fəlakətin astanasındayıq: hər il yüz minlərlə insan ölə bilər!

Aynur Camal

Fəlakət: 2 helikopter havada toqquşub, 2 pilot ölüb

Aynur Camal

Cənubi Afrikada insanlar seçkiyə gedirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu