İsrailin İrana hücumları nəticəsində Tehran və Təbriz şəhərlərinə böyük ziyan dəyib. Təxminən 332 bina ya yenidən tikilməli, ya da təmir edilməlidir.
İsrailin İrana qarşı başlatdığı hücumlarda ən çox paytaxt Tehran və Təbriz şəhərlərinin zərər çəkdiyi, hücumlarda paytaxtda təxminən 332 binanın zərər gördüyü bildirilib. İslam İnqilabı Mənzil Fondunun prezidenti Qulamrza Salihi mövzu ilə bağlı mətbuata açıqlama verib.
“Ölkədə ən çox zədələnmiş binalar Tehran, Təbriz və Gilandadır. Bunlarla bağlı yekun məlumat olmasa da, Tehranda təxminən 332 binaya ziyan dəyib”, – Salihi bildirib.
Zərər çəkmiş binaların sökülərək yenidən tikilə biləcəyini və ya cüzi ziyanı olan binaların təmir oluna biləcəyini söyləyən Salihi, bunları qeyd etdi: “Maliyyə və yenidənqurma paketi hazırlanıb və hökumətə təqdim etmişik. Bazar günü kabinet tərəfindən təsdiqlənərsə, zərərin maliyyələşdirilməsi üçün ictimai dəstək paketlərinin təfərrüatlarını açıqlayacağıq”.
Mənbə: TgrtHaber