16 C
Baku
27 Oktyabr 2025, 17:39
DünyaSiyasət

Hücumlarda 332 bina zərər gördü: İctimai dəstək paketləri açıqlanacaq

İsrailin İrana hücumları nəticəsində Tehran və Təbriz şəhərlərinə böyük ziyan dəyib. Təxminən 332 bina ya yenidən tikilməli, ya da təmir edilməlidir.

İsrailin İrana qarşı başlatdığı hücumlarda ən çox paytaxt Tehran və Təbriz şəhərlərinin zərər çəkdiyi, hücumlarda paytaxtda təxminən 332 binanın zərər gördüyü bildirilib. İslam İnqilabı Mənzil Fondunun prezidenti Qulamrza Salihi mövzu ilə bağlı mətbuata açıqlama verib.

“Ölkədə ən çox zədələnmiş binalar Tehran, Təbriz və Gilandadır. Bunlarla bağlı yekun məlumat olmasa da, Tehranda təxminən 332 binaya ziyan dəyib”, – Salihi bildirib.

Zərər çəkmiş binaların sökülərək yenidən tikilə biləcəyini və ya cüzi ziyanı olan binaların təmir oluna biləcəyini söyləyən Salihi, bunları qeyd etdi: “Maliyyə və yenidənqurma paketi hazırlanıb və hökumətə təqdim etmişik. Bazar günü kabinet tərəfindən təsdiqlənərsə, zərərin maliyyələşdirilməsi üçün ictimai dəstək paketlərinin təfərrüatlarını açıqlayacağıq”.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Cavanşir Feyziyev – gələcək uğurun bünövrəsini ilk addımı ilə qoya bilən insan…”

Aynur Camal

Los-Ancelesdə yanğın niyə başladı? Səbəb ‘yenidən şiddətlənmə’ ola bilər

Aynur Camal

Rusiya 11 ölkə ilə vizasız gediş-gəliş haqqında hökumətlərarası sazişlər hazırlayır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu