14 C
Baku
25 Aprel 2025, 2:59
Baş xəbərDünya

Hücumu nəticəsində doğuşa bir neçə saat qalmış körpə öldü

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bir evi “hərbi hədəflərə” hücum etdiyini iddia edərək bombalaması nəticəsində doğulmasına bir neçə saat qalmış fələstinli körpə həyatını itirib. Qəzza zolağındakı fələstinlilər İsrail ordusunun Qətərdəki atəşkəs danışıqları ilə eyni vaxtda 15 aydır fasiləsiz davam edən soyqırımın son iki günündə Qəzza zolağına istiqamətli hücumlarını intensivləşdirdiyini bildirib.

İsrail qüvvələrinin dünən gecə Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində həyata keçirdiyi hücumda ana ilə bətnindəki körpə ayrılıb.

Fələstinli Şaat ailəsinin evini hədəf alan bombardmanda fələstinli körpə doğulmasına bir neçə saat qalmış həyatını itirib. Körpənin eyni ailədən olan atası, babası, bibisi və əmi qızı da dünyasını dəyişib; Ana reanimasiyaya aparılıb.

“Ölən körpə qız olub”

Fələstinli ana Nermin Şaatın qohumlarından olan Enes Şaat hadisənin baş verdiyi gecəni və baş verənləri açıqlayıb.

“İsrail Xan Yunusun cənubundakı Mirac bölgəsindəki evlərini bombalayıb. Həmin vaxt Şaat ailəsi doğum üçün xəstəxanaya getməyə hazırlaşırdı”. Şaat hücumdan təxminən yarım saat sonra xəstəxanada olacaqlarını, lakin ani hücumun buna mane olduğunu bildirib.

Şaat, “Nerminin bətnindəki körpə qız uşağı hücumda həyatını itirdi. Hücum nəticəsində fələstinli ana ağır yaralanıb, ayağı amputasiya edilib. Hazırda reanimasiyaya yerləşdirilib” deyib.

İsrail ordusunun məqsədinin günahsız qadın və uşaqları evlərində öldürmək olduğunu bildirən Şaat, hücumda körpənin atası, babası, bibisi və əmi qızı da daxil olmaqla eyni ailədən daha 4 nəfərin həyatını itirdiyini bildirib.

“Yaralı ana 9 aylıq hamilə xəstəxanaya gətirilib”

Qəzza Avropa Xəstəxanasının sözçüsü Salih Hemas hücumun nəticələri ilə bağlı məlumat verib.

Hemas, “22 yaşlı fələstinli Nermin Şaat dünən axşam saatlarında yaralı və 9 aylıq hamilə olaraq xəstəxanaya gəldi. Körpəsinin vəziyyəti ilə bağlı məlumatı yox idi” deyib.

Hemas yaralı fələstinli ananın xəstəxanada mamalıq və ginekologiya xidməti olmadığı üçün dərhal Nasser Tibb Kompleksinə göndərildiyini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu xəstəlik çox təhlükəlidir! – ARAŞDIRMA

Kəmalə Sultan

Ukrayna Silahlı Qüvvələrinin generalı Sırski Baxmutda oldu

Bugün TV

Dağıstan rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu