27 C
Baku
28 İyun 2025, 11:46
Siyasət

Hulusi Akar: “Biz əminik ki, taxıl sazişi martın 18-dən sonra uzadılacaq”

Türkiyə tərəflərin taxıl sazişinin uzadılmasına müsbət yanaşmasını görür və onun uzadılacağına əmindir.

Bugun.tv xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Anadolu agentliyinə müsahibəsində bildirib.

“Sazişin hər iki tərəfi müsbət yanaşma nümayiş etdirir. Bu prosesin səmərəli nəticəsi olacağına inanırıq. Biz əminik ki, sövdələşmə martın 18-dən sonra uzadılacaq”, – deyə o, bildirib.

Akar əlavə edib ki, müqavilə çərçivəsində təxminən 24 milyon ton taxıl ixrac edilib. Onun daşınmasında 800-ə yaxın gəmi iştirak edib.

“Bəli, razılaşmaların həyata keçirilməsində bəzi xırda çətinliklər var. Lakin bu istiqamətdə Rusiya, Ukrayna və BMT birgə işləyir. Ümumiyyətlə, razılaşmalar heç bir neqativ hal olmadan həyata keçirilir. Bizə gəlincə, Türkiyə sövdələşməni davam etdirmək istəyir. Hesab edirəm ki, Rusiya və Ukrayna da təmaslarımızın nəticələrinə əsasən bu işi davam etdirməyin zəruri olduğunu düşünürlər”, – deyə o bildirib.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Prezident Gürcüstanın müdafiə nazirini qəbul etdi

Aynur Camal

Rusiyanın ABŞ-dəki səfirindən açıqlama

Aynur Əfəndi Zadə

Rusiyaya qarşı sanksiya tədbirləri davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu