19 C
Baku
8 Sentyabr 2024, 3:27
Siyasət

Hulusi Kılıç İlham Əliyevi təbrik etdi

“Müzəffər Ali Baş komandan, qəhrəman Prezident cənab İlham Əliyevin ad gününü ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm”.

Bugün.tv xəbər verir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç, Azərbaycan prezidenti İlham Əliyevin doğum gününü belə təbrik edib.

Azərbaycan prezidentinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışan Hulusi Kılıç bildirib:

“İlham Əliyevin İkinci Qarabağ savaşında qazandığı tarixi uğur nəinki Azərbaycan xalqının, bütün türk xalqlarının yaddaşından silinməyəcək. O, yüksək liderlik bacarığı sayəsində 30 ildir işğal altında olan Qarabağı 44 günlük qısa bir müddətdə xilas etdi. Xalqın İlham Əliyevə dəstəyi və qəhrəman Azərbaycan Ordusunun igidliyi sayəsində tarixi uğuru ilə can Azərbaycan diqqət mərkəzinə çevrildi”.

Onun sözlərinə görə, Türk ordusu modelində modern ordu quruculuğu yolunda irəliləyən İlham Əliyev regionun ən güclü ordusunu formalaşdırıb:

“Ermənistana etdiyi çağırışlarla o, tolerant, yüksək insani dəyərlərə malik, sülh tərəfdarı, gələcəyi görən bir insan olduğunu sübut etdi. Cənab Prezident türk dünyasının inkişafına, güclənməsinə böyük önəm verir. Bu kontekstdə Türkiyə başda olmaqla bütün türk dövlətləri ilə sıx əlaqələr qurmağı böyük əhəmiyyət kəsb edir”.

 

 

 

 

 

Bugün TV

Oxşar xəbərlər

ABŞ tezliklə İraqla qoşunların çıxarılması ilə bağlı danışıqlara başlayacaq – CNN ​

Bugün TV

Ötən həftə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 236 mina aşkar edilib

Bugün TV

R.T.Ərdoğan: Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasını dəstəkləmir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu