9 C
Baku
9 Fevral 2026, 15:36
Hadisə

Hündürlükdən yıxıldı, təsadüfən sağ qaldı

Bugun.tv xəbər veriri ki, Tailandın Petçabun əyalətində yerli turist təsadüfən müşahidə qülləsindən yıxılıb. O, üzərinə düşdüyü banan yarpaqları və qalın otlar sayəsində sağ qalıb. Hadisə asiyalı turistlərin sevimli təbii attraksionu olan Pu Tap Burk Parkının müşahidə qülləsində baş verib. Adı açıqlanmayan yerli səyyah yanında dayanan yeniyetmədən onun mənzərəli fonda şəklini çəkməsini xahiş edib. Kişi mükəmməl yer axtararkən büdrəyərək 70 metrlik qayadan yıxılıb. Hadisənin şahidləri bu barədə dərhal xilasedicilərə məlumat veriblər. Çətin əraziyə baxmayaraq, fövqəladə hallar xidməti qəza yerinə tez gəlib və səyahətçinin sağ qaldığını, ciddi xəsarət almadığını görəndə təəccüblənib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, əlavə müayinə üçün xəstəxanaya göndərilib.

Bugün TV

Oxşar xəbərlər

İslamabadda cümə namazı zamanı partlayış: azı 15 nəfər öldü

Aynur Camal

Dünya üzrə bir neçə ciddi zəlzələ baş verib

Aynur Camal

13 yaşlı oğlan ailəsini xilas etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu