3 C
Baku
14 Dekabr 2025, 21:57
Sosial

Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyəti ictimai rəydə -SORĞU

Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyəti

Müstəqilliyin bərpasından bu günə qədər dövlətin bütün istiqamətlərdə siyasəti təhlükəsizlik və ictimai sabitlik prioriteti ətrafında formalaşıb, bu siyasət dövlətin ali məramını təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin müxtəlif dövrlərdə keçirdiyi rəy sorğuları təhlükəsizliyin və ictimai sabitliyin təmin edilməsi istiqamətində dövlət siyasətinə münasibətin yüksək olduğunu göstərib.

Mövzunun aktuallığını nəzərə alaraq, Mərkəzin keçirdiyi növbəti rəy sorğusunda vətəndaşların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətinə münasibəti öyrənilib. Bu məqsədlə respondentlərə “Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən razısınızmı?” sualı ünvanlanıb.

Sorğu nəticələrinə əsasən, iştirakçıların 61,7%-i hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən tam razı, 27,3%-i əsasən razı qaldığını bildirib.

İştirakçıların 2,9%-i bu sahədə fəaliyyətdən əsasən razı qalmadığını, 6,3%-i heç razı qalmadığını ifadə edib. Respondentin 1,8%-i bu barədə hər hansı fikri bildirməyib.

Nəticələrin gender aspektindən təhlili sorğuda iştirak edən kişi və qadınların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən bərabər səviyyədə razılığını göstərib.

Həmçinin bu sahədə fəaliyyət iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən yüksək qiymətləndirilib.

Analoji nəticə müxtəlif yaşayış məntəqələri, yəni kənd, qəsəbə və şəhər üzrə məskunlaşan respondentlərin rəylərində də müşahidə edilib.

Qeyd edək ki, sorğular 01-06 aprel 2023-cü il ərzində keçirilib, 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Bugün TV

Oxşar xəbərlər

Heydər Əliyev Fondu – 20 il!

Bugün TV

Quba şəhərində “Əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi layihəsi çərçivəsində IV-cü Dəyirmi masa keçirilib

Bugün TV

Aynur Musayeva: “Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu böyükdür”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu