21 C
Baku
16 Sentyabr 2025, 23:12
Baş xəbər

Hüseyn Altınalan: “Azərbaycan da yas tutur,…”

“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalın özünün twitter hesabında yazıb.

O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.

Aynur Camal

Oxşar xəbərlər

Buz kütləsi alpinistləri sürüklədi! Mont Blanc dağından kədərli xəbər gəldi

Aynur Camal

Deputat Fazil Mustafa ifadə verdi

Aynur Camal

KİV: “İsrailin cavab zərbəsi nəticəsində 20-dən çox fələstinli ölüb, 100-dən çox insan yaralanıb”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu