16 C
Baku
27 Oktyabr 2025, 22:34
Baş xəbərMədəniyyət

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiya işıq üzü görüb – FOTO

Bakı Dövlət Universitetin (BDU) Jurnalistika fakültəsinin müəllimi filologiya elmləri doktoru Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada ilk dəfə olaraq Hüseyn Cavidin bədii-publisistik məqalələri, resenziyaları, elmi-nəzəri fikirləri geniş və obyektiv şəkildə tədqiqata cəlb edilib.

Müəllif əsərində ədibin dövrü-mətbuatda fəaliyyətini və mətbuatın ədibin yaradıcılığına münasibətini geniş şəkildə təhlil edib.

Monoqrafiyanın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Şamil Vəliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçilər AMEA-nın həqiqi üzvü Teymur Kərimli və filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Xatırladaq ki, monoqrafiyanın ön söz müəllifi akademik İsa Həbibbəylidir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“İMZA” 2025-ci ildə də beynəlxalq əhəmiyyətli tədbirlərini davam etdirəcək

Aynur Camal

“Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verildi

Aynur Camal

İrana məxsus PUA ABŞ-ın Küveytdəki bazasına zərbə endirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu