16 C
Baku
27 Oktyabr 2025, 17:20
Baş xəbərDünya

Husilər Qırmızı dənizə doğru iki raket atdılar

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri yanvarın 2-də Qırmızı dənizin cənubuna doğru iki ballistik raket atıblar, lakin heç bir ticarət gəmisi vurulmayıb.

Bugun.tv TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Yanvarın 2-də Səna vaxtı ilə təxminən 21:30-da (Bakı vaxtı ilə 22:30) İranın dəstəklədiyi üsyançılar Yəmənin husilərin nəzarətində olan hissəsindən Qırmızı dənizin cənubuna doğru iki gəmi əleyhinə ballistik raket atıblar”, – deyə komandanlıq “X” sosial platformasında yayımlanan bəyanatında bildirib.

Bir dənə də olsun ticarət gəmisinə ziyan dəymədiyi qeyd edilib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Türkiyədə 6 dəfə zəlzələ baş verdi

Könül Kərimova

Alimlər niyə bəzən qaranlıqda kiminsə varlığını hiss etdiyimizi kəşf etdilər

Aynur Camal

Moldova da Ukrayna taxılından imtina etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu