27 C
Baku
28 İyun 2025, 12:58
Baş xəbərDünya

Husilər Qırmızı dənizdə gəmilərə 26 hücum həyata keçirdi

Yəmənin üsyançı “Ənsar Allah” (Husilər) hərəkatı noyabrın 19-dan bəri Qırmızı dənizdə 26 hücum həyata keçirib.

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Yanvarın 9-da husilər Yəmənin nəzarətindəki ərazidən Qırmızı dənizin cənubundakı beynəlxalq dəniz zolaqlarına doğru İHA, gəmi əleyhinə qanadlı raketlər və gəmi əleyhinə ballistik raketlərdən istifadə edərək kompleks hücuma keçdilər. Oradan onlarla ticarət gəmisi keçirdi”, – Mərkəzi Komandanlığın X səhifəsində yerləşdirilən məlumatda deyilir.

Tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur.

ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib ki, “Ənsar Allah”ın Qırmızı dənizdəki hərəkətləri 40-dan çox ölkənin maraqlarına təsir edir və qlobal dəniz nəqliyyatının demək olar ki, 20 faizini pozur.

İntizar Əmirova

Oxşar xəbərlər

Çin kosmosa yeni Yer müşahidə peykini buraxıb

Aynur Camal

Dini dəyərləri təhqir edən iki nəfər edam edildi

Aynur Camal

Yük maşını ilə avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu