Dünya

Həbsxanadan 19 məhbus qaçdı

Azad Cammu və Kəşmir bölgəsindəki Ravalakot həbsxanasından 6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.

Pakistanın Dawn qəzetinin məlumatına görə, Azad Cammu və Kəşmirin Poonç bölgəsindəki Ravalakot həbsxanasında silahlı məhbus nahar vaxtı mühafizəçinin açarlarını zorla alıb və kameraların kilidini açıb.

6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus təhlükəsizlik səhlənkarlığından istifadə edərək həbsxanadan qaçıb.

Məhkumun silahı necə və haradan əldə etməsi ilə bağlı məlumat verilməsə də, qaçan zaman mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.Həyəcan vəziyyətində olan polis məhbusları tutmaq üçün Poonç bölgəsinə giriş-çıxışı dayandırıb.

Azad Cammu və Kəşmirin İnformasiya Katibi Ansar Yakup mətbuata açıqlamasında bildirib ki, nəzarətçi müavini də daxil olmaqla 8 həbsxana məmuru istintaq üçün saxlanılıb.

 Araşdırma tələb olunub

Yakup bildirib ki, Azad Cammu və Kəşmirin baş naziri Çaudri Ənvarul Hək də daxili işlər nazirinin katibi Bədar Müniri vəzifəsindən azad edib və hökumət Ali Məhkəmənin sədrindən istintaq üçün məhkəmə komissiyası yaratmağı tələb edib.

Yaradılacaq komissiya öz vəzifəsinə etinasız yanaşan, məhkumlara yardım edən zabit və vəzifəli şəxsləri müəyyən edəcək.

O, həmçinin qaçmağı asanlaşdıran amilləri müəyyən edəcək və belə hadisələrin qarşısını almaq üçün atılacaq addımları tövsiyə edəcək.

Xəbər mənbəyi: Anadolu Agentliyi 

Teymur Əziz

Oxşar xəbərlər

Almaniya soyqırımda şərik olmaqda ittiham olunur

Aynur Camal

İraq və Rusiya enerji və dəniz nəqliyyatı sahəsində anlaşma memorandumu imzalayıb

Aynur Camal

Almaniyada daşqınlarla mübarizəyə 100 min işçi cəlb edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu