15 C
Baku
14 Fevral 2026, 17:26
Dünya

Həddindən artıq istilərlə əlaqədar “qırmızı xəbərdarlıq” elan edildi

Bosniya, Herseqovina və Serbiyada həddindən artıq istilərlə əlaqədar “qırmızı xəbərdarlıq” elan edilib.

Balkan ölkələri Bosniya və Herseqovina və Serbiyada həddindən artıq istilər səbəbilə “qırmızı təhlükə” elan edilib və əhaliyə tədbir görülməsi ilə bağlı xəbərdarlıq edilib.

Həyəcan siqnalı verilən Bosniya və Herseqovinanın bir çox şəhərində hiss olunan temperaturun 40 dərəcəni keçə biləcəyi bildirilib.

Serbiyada bir çox şəhərlərdə hava istiliyinin 40 dərəcəni keçə biləcəyi ictimaiyyətə açıqlanıb və “qırmızı” xəbərdarlıq edilib.

Hidrometeorologiya İnstitutu (HMİ) həddindən artıq isti hava şəraitinin həftə boyu davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və ehtiyatlı olmağı tövsiyə edib.

Serbiya Xalq Sağlamlığı İnstitutundan Milan Yovanoviç Batut ölkənin 10 şəhərindəki hava şəraitini “çox təhlükəli” kimi qiymətləndirib.

Səlahiyyətlilər həmçinin son dərəcə isti hava şəraitinin xroniki xəstəlikləri olanlar üçün əlverişsiz olduğunu, astma və ürək xəstəliyi olanların xüsusilə diqqətli olması lazım olduğunu bildiriblər.

Serbiya Avtomobil və Motosiklet Assosiasiyası da sürücülərə yolda daha diqqətli olmağı və günün ən isti saatlarında avtomobil idarə etməməyi tövsiyə edib.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada Ali Məhkəmə qərarı — “Palestine Action” qrupunun qadağan edilməsi qanunsuz sayıldı

Aynur Camal

Münhen Təhlükəsizlik Konfransı başladı — qlobal gərilimlər müzakirə olunur

Aynur Camal

Bangladeşdə tarixi parlament seçkisi — BNP üstünlük qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu