28 C
Baku
11 Sentyabr 2025, 15:36
Baş xəbərKriminal

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edərək alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və İsveç arasında hərbi əməkdaşlıq sazişi üzrə danışıqlar başa çatıb

İntizar Əmirova

Keçmiş SBU generalı Ukraynanın axtarışından qaçmaq üçün G7 ölkələrindən birində gizlənmək istədi

Kəmalə Sultan

İraqda qrunt suları iqlim dəyişikliyi səbəbindən azalır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu