19 C
Baku
22 Noyabr 2024, 15:03
Baş xəbərKriminal

Həkimlərin, aparıcıların adından dələduzluq edən şəxs saxlanıldı 

Bugun.tv xəbər verir ki, həkimlər və televiziya aparıcılarının adından istifadə edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları əməliyyat-tədbirləri keçiriblər. Əməliyyat nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs saxlanılıb. Onun Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun olduğu müəyyən edilib. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini etiraf edib. Həmçinin, onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib. Araşdırmalar zamanı saxlanılan şəxsin, televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyini deyib. Daha sonra aldadaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq etməsi barəsində Cinayət işi mövcuddur. Hazırda iş məhkəmə baxışındadır. K.Abuşovun etdiyi sonuncu hüquqazidd əməllər barəsində toplanmış material da baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Abuşov həbs edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

DTX Yunis Səfərovun silahdaşını Azərbaycana ekstradisiya etdi

Kəmalə Sultan

Meteorologiyadan 6 bölgə üçün tufan xəbərdarlığı

Kəmalə Sultan

Ordumuzun mövqeləri atəşə tutulub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu