Suriyada müxaliflərin nəzarətində olan Hələb Beynəlxalq Hava Limanında son vəziyyət nümayiş etdirilib.
Suriyada Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi müxalif qruplar Hələbdə ələ keçirdikləri strateji nöqtələrdə gözləməyə davam edir.
Son vəziyyət noyabrın 30-da müxalifətin nəzarətə götürdüyü Hələb şəhərinin mərkəzindəki beynəlxalq hava limanında nümayiş etdirilib.
HTŞ qüvvələrinin keşik çəkdiyi hava limanı və ətrafında sükutun hökm sürdüyü müşahidə edilib. Hava limanında HTŞ əsgəri Əbu Həcər verdiyi açıqlamada: “Qardaşlarımız buranı fəth etdikdən sonra İdlibdə ilişib qalan Hələblilər evlərinə qayıtdılar. Hazırda Hələb hava limanındayıq. Biz buranı nəzarətə götürdük. Bu yer 11 il Əsəd rejiminin nəzarətində olub. Burada qəddarlıq edilib. Hələbdən İdlibə hava zərbələri endirildi, amma indi evə qayıtdıq, Hələbdə vəziyyət çox yaxşıdır” deyib.
Mənbə: EnSonHaber