18 C
Baku
17 Sentyabr 2025, 9:23
Digər

Həmyerlimiz Günay Kazımova növbəti uğurunu qazandı

Bugun.tv xəbər verir ki, Gəncə Dövlət Universitetinin əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Kazımova növbəti uğuruna imza atıb. O, hazırda Türkiyədə Dosent Rəfiq Turanın redaktorluğu ilə çap edilən “Sinerji” Beynəlxalq Təhsil Jurnalının Elmi Şurasına üzv təyin olunub.

Qeyd edək ki, Günay Kazımova, Gəncə Dövlət Universitetinin “Təhsilin pedaqogikası və metodikası” kafedrasının dosentidir. Bundan başqa o, Türkiyə ilə yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən fərqli universitetlərlə də əməkdaşlıq edir.

Bugun.tv olaraq, biz də həmyerlimizi bu nailiyyəti münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Ölkənin tanınmış baş redaktorları Elşən Gəncəvinin namizədliyini dəstəkləyir – MÜSAHİBƏLƏR (FOTOLAR)

Aynur Camal

Qanunsuz saxlanılan odlu silahlar təhvil verildi

Kəmalə Sultan

Yuxu pozğunluğunun ən çox görülən səbəbləri açıqlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu