Bugun.tv xəbər verir ki, Okinava ada əyaləti yaxınlığında həyata keçirilən axtarışlar zamanı helikopterdən 5 ekipaj üzvünün cəsədi tapılıb. Hərbi texnikanın hissələri aşkar edilib.
Bu barədə Yaponiya Quru Özünümüdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, helikopterdə 10 personal olub.
Xatırladaq ki, aprelin 6-da yerli vaxtla saat 16:30 radələrində Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi texnika radarla əlaqəni itirib. Digər 5 nəfərin tapılması üçün axtarış-əməliyyat tədbirləri davam edir.
Mənbə: TRT Haber
