Bugun.tv xəbər verir ki, “Şahin” hərbi-idman oyununun respublika finalında Naxçıvanı təmsil edəcək komanda məlum olub.
Layihənin əsasnaməsinə əsasən, iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.
Yekun nəticəyə əsasən, ən yüksək göstərici “Naxçıvan” şəhər komandasına məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi respublika üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb.
Mənbə: facebook