10 C
Baku
12 Mart 2025, 14:08
Digər

Həşərat yeyəcəyik. Buna hazırsınızmı?

İnsanların qida vərdişləri fərqlidir. Kimisi üçün həşərat yemək adidirsə, bizim üçün bu böyük fəlakətdir. Asiya ölkələrinin bir çoxunda artıq uzun müddətdir ki, onlardan gündəlik istifadə olunur. Bir çox ekspertlər də həşəratların ət və balıq üçün əla alternativ olduğunu bildirir. Və onların zülalla, zəruri vitaminlərlə zəngin olduğunu deyirlər. Dünya sakinlərinin 65 faizi artıq müntəzəm olaraq həşərat yeyir. Deyəcəksiz ki, hə indi bunu bizə niyə deyirsiz ki ? Artıq Avropada həşəratlar qida məhsullarına qatılacaq. Bu da o deməkdir ki, yaxın gələcəkdə marketlərdən alacağımız demək olar ki, bir çox məhsulda həşərat qatqısı olacaq.

Bugun.tv xəbər verir ki, bu ildən etibarən Avropa İttifaqında qida məhsullarında 4 növ həşəratın istifadəsinə icazə verilib. Sarı un qurdları, köçəri çəyirtkələr, ev kriketi və camış qurdları. Araşdırmalara görə, onlar qida istehsalında istifadə üçün təhlükəsizdirlər. Qida üçün avropada ən geniş istifadə olunan hələki un qurdlarının sürfələridir. Onları yetişdirən xüsusi fermalar da var. Həmçinin, həşərat yetişdirilməsi klassik heyvandarlıqdan daha az vəsait tələb edir. Belə ki, Ümumdünya Ərzaq Təşkilatının araşdırmalarına əsasən, bir kiloqram mal əti istehsal etmək üçün səkkiz kiloqram yem lazımdır. Bir kiloqram həşərat üçün isə cəmi iki kiloqram yem kifayət edir.

Ferma sahibi Niko Rudun sözlərinə görə, “Yaxın 5 ildə həşərat yemək adiləşəcək. Onlar bir çox məhsulların tərkibində olacaq. Ən azı ildə iki dəfə hamımız həşərat yeyəcəyik”.

Hazırda dünya əhalisinin təxminən 2 milyardı hər gün həşərat yeyir. Avropa üçün isə belə qida növü hələ yenidir. Bu sürfələrin 50%i zülaldan ibarətdir. Artıq onlardan hazırlanan burgerlər də satışa çıxarılıb. Qiyməti isə ucuz deyil, 12-17 evro arasında dəyişir.

“Biraz qurudu, amma gözəl qoxusu var. Dostlarıma tövsiyyə edə bilərəm”. Bunu isə Vera Bekelman adlı bloger bildirib. Digər bloger Boris Vedenskinin sözlərinə görə isə, həşərat olan qidadan adi burger qoxusu  gəlir. “Demək olar ki, ət kimidir. Görünüşündən adi veqan kotletinə oxşayır. Sanki çox çəkilmiş əti soyadan hazırlanan un ilə qarışdırıblar. İkisini də hiss edirsən. Amma dadlıdır”.

Kütləvi istehlak üçün istifadəsinə icazə verilən həşəratlar bir çox məhsulların tərkibinə də qatılacaq. Bunlar, əsasən çörək, makaron, souslar, pizza, ətin vegetarian alternativləri, şorba konsetvatları, şokolad və digər məhsullardır.

Bəs istehlakçılar qidada həşəratların olub-olmadığını necə anlaya bilərlər? Cavab sadədir – məhsulu alarkən tərkibini oxumaq lazımdır. Əgər latın adları ilə qismən yağsız toz (Acheta domesticus) və ya incə üyüdülmüş qurdlar (Alphitobius diaperinus) yazılıbsa, demək o məhsulun tərkibində həşərat var.

Nigar Məmmədova

Oxşar xəbərlər

Məktəbliləri daşıyan avtobus qəza törətdi: 17 nəfər yaralandı

Elnarə Dərziyeva

Ronaldo “Maradona” mükafatını alacaq

İntizar Əmirova

Avropa qaz qiymət artımının yeni mərhələsi ilə üzləşəcək – Novak

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu