21 C
Baku
11 İyun 2025, 3:58
Dünya

Həyatı bir düymə ilə bitirir!

  Ölüm kapsullarından ibarət “Tesla” istifadəyə hazırdır

2017-ci ildə təqdim edilən “Sarco” adlı intihar kapsulundan İsveçrədə istifadə olunacaq. İstifadəçiyə çox rahat bir ölüm təqdim etdiyi iddia edilən 3D çaplı intihar kapsulunun İsveçrə qanunlarına görə istifadəyə uyğun olduğu və hüquqi yardımlı intihar klinikalarında istifadə ediləcəyi bildirildi. Tabuta bənzərliyi ilə diqqət çəkən ölüm kapsulu evtanaziya istəyən şəxsin kapsula daxil olmasına, düyməni basmasına və kapsulun azotla doldurulmasına imkan verəcək və insanın saniyələr ərzində oksigensiz ölməsinə səbəb olacaq.

  Mübahisəli evtanaziya fəalı Dr. Ölüm ləqəbli Dr. Philip Nitschke tərəfindən 2017-ci ildə təqdim edilən “Sarco” adlı intihar kapsulu 3D printer vasitəsilə hazırlanıb.

“BOĞULMA HİSSİ, AĞRI, PANİKA YOX”

Müzakirələr davam edərkən, ölüm müdafiəçisi və avstraliyalı tədqiqatçı Dr. Philip Nitschke “Ölüm həkimi” kimi tanınır və iddia edir ki, onun ixtirası istifadəçilərə tez və ağrısız ölməyə imkan verə bilər.

İddia olunur ki, öldürücü qurğu insanlara həyatlarını “sülh”lə başa vurmaq şansı verir.

“Boğulma hissi, ağrı, çaxnaşma yoxdur” deyə Nitşe bildirib. O həmçinin qeyd edib ki, qurğu üçün hazırlıq işləri böyük ölçüdə başa çatıb və buraxılışın iyul ayında keçirilməsi planlaşdırılır.

Mənbələr cihazla həyata keçiriləcək ilk evtanaziya üçün namizədin seçildiyini irəli sürsə də, bu şəxsin kim olduğu hələlik deyilmir.

  Müxtəlif qruplar “intiharı tərifləyən” 3D çap edilmiş kapsullarla bağlı müzakirələrə başlasa da, həyat tərəfdarı olan CARE qrupunun direktoru Ceyms Mildren dedi: “Philip Nitschke-nin cihazı bir çox şərhçilər tərəfindən pisləndi. Bir çox insanlar bunun intiharı mənasızlaşdırdığını və hətta təriflədiyini düşünür. “Biz yaxşı cəmiyyətlərin həmişə qarşısını almağa çalışdıqları bir faciə olduğuna inanırıq. Həyatı məhv etmədən insanlara kömək etməyin etik yolları var” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ dövlət katibi Antoni Blinken cümə günü Türkiyəyə səfər edəcək

Aynur Camal

O yağdan istifadə edənlər yaşayıb, saçda bir kəpək belə qoymur…

Aynur Camal

Sərnişin təyyarənin qanadında soyulan lenti görüb dəhşətə gəldi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu