8 C
Baku
23 Dekabr 2024, 6:29
Sosial

Həyatımızı çətinləşdirən fobiyalardan necə qurtulaq?

Fobiya. Demək olar ki, bu sözü tez-tez  eşidirik. Bunun müxtəlif növ formaları mövcuddur. Bəzən isə fobiyanı qorxu  ilə səhv salırıq.

Mövzuya aydınlıq gətirmək üçün psixoloq Aygün Ağabalayeva Bugun.tv-yə danışıb.

Psixoloq deyir ki, bəzən insanlar fobiya və qorxu terminlərini yanaşı istifadə edirlər. Amma bunlar fərqli anlayışdırlar. Qorxu insanın özünü müdafiə mexanizmidir. Bu müəyyən qədər hər bir insanda olmalıdır. Fobiya isə  qeyri-normal qorxular yaradır. Misal üçün deyək ki, bir insan keçmişdə qorxulu  bir hadisə yaşayıb. O, hər zaman gələcəkdə eyni hadisəni təkrar yaşayacağı qorxusu ilə yaşayır. Bu qorxaqlıqlar insanda müəyyən simptomatik olaraq, narahatlıqlar yaradır. Bu zaman ürək döyüntüləri artır, təngnəfəslik, titrəmələr, boğulma halları, nəfəsdarlığı, anidən təzyiqin  düşməsi, huşunu itirməsi halları müşahidə olunur. Bu həyəcan, təşviş fonunda panik atak yaranır. Fobiyanın panik atakdan fərqi odur ki, insan fobiyanın panik ataka  nə zaman keçəcəyini bilir və özünü bundan çəkindirir. Məsələn, əgər liftə minməkdən qorxursa, liftə minmir.

Psixoloq onu da qeyd etdi ki, son zamanlar fobiya ilə bağlı müraciətlərin sayı çoxalıb. Ən çox da qapalı məkan qorxusu və ya onun əksi -açıq məkan qorxusu, aqrofobiya (yüksəklik qorxusu), sosialfobiya ( auditoriya qarşısına çıxmaq qorxusu), yaxın qohumunu itirmək, xəstələnmək qorxusu,sudan, həşəratdan qorxmaq və s.

Ancaq hələki bunun yaranma səbəbi konkret məlum deyil. Ümumi götürəndə burada bioloji və genetik, sosial faktorlar rol oynayır. Məsələn, ana pişikdən qorxursa, bu hal uşaqlarından birində müşahidə oluna bilər. Səbəblərdən biri isə insanın uşaqlıqda aldığı psixoloji travmalardır. Sanki insanın həyatının müəyyən vaxtında yaşadığı uşaqlıq qorxusu şüur altından üzə çıxır.

Bu qorxular fobiyaya keçən zaman  insanların gündəlik rahat yaşayışını çətinləşdirir, insanın sosiumda adaptasiyasına mane olur. Çünki elə insanlar olur ki, fobiyalarına görə evə qapanır, cəmiyyətdən özünü təcrid edir. Bəzən cəmiyyətdə fobiyalar adi bir hal kimi qəbul olunur. Düşünürlər ki, keçib gedəcək. Ancaq  bu belə deyil. Mütləq bir mütəxəssis müdaxiləsi lazımdır. Və bunun müalicəsi ilə  psixopreapevt məşğul olur. Ehtiyac olarsa, psixoloq pasiyenti  psixiatra yönəldir və dərman müdaxiləsi ilə paralel terapiya gedir.Təbii ki, bu zaman psixoloq, mütəxəssis əsas koqnitiv davranış terapiyasından istifadə edir. Fobiyalardan qurtulmaq mümkündür, amma gərək insanın  öz istəyi olsun.

Həyatınızı qorxulara qurban verməyin!

Nigar Məmmədova

Oxşar xəbərlər

Əlilliyi olan şəxslərin müyəssərlik problem niyə həll olunmur?

Bugün TV

Pulumuza necə qənaət edək?

Elnarə Dərziyeva

Daxili İşlər naziri Vilayət Eyvazov növbəti sıra baxışı keçirib

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu