25 C
Baku
11 Sentyabr 2025, 0:07
Baş xəbərKriminal

Həyətdən 1090 ədəd çətənə kolu, 8 kiloqrama yaxın marixuana aşkarlandı

Bugun.tv xəbər verir ki, Neftçala rayon sakininin həyətindən 1090 ədəd çətənə kolu, evindən isə 8 kiloqrama yaxın marixuana aşkarlanıb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Əlisaleh Kərimov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 sm arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada 11 ayda kədərli mənzərə: İsrailin hücumunda 16 min 480 uşaq öldü

Aynur Camal

Milli Məclisin deputatı Nigar Məmmədova vətəndaş qəbulu keçirdi

Aynur Camal

Narkotik əməliyyatında 2 adam tutuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu