29 C
Baku
28 İyun 2025, 20:29
Baş xəbərSiyasət

İ. Əliyev Serbiyanın tarixi gününü təbrik edib

“Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulmuşdur. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Əminəm ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm. Hörmətlə, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 13 fevral 2023-cü il”.

Xatırladaq ki, Serb Dövlətçilik Günü Serbiyanın milli bayramıdır, fevralın 15-i və 16-da qeyd olunur və 1804-cü ildə Oraşacdakı toplantıda Birinci Serb Üsyanının qaldırıldığı günün xatirəsinə Serbiyanın başlanmasının anım günü kimi təsis edilmişdir.

Aynur Camal

Oxşar xəbərlər

Marketdən oğurluq edən şəxs saxlanıldı

Teymur Əziz

İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Aynur Camal

9 vilayətdə forex fırıldaqlarına qarşı əməliyyat keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu