33 C
Baku
26 İyul 2025, 17:09
Baş xəbərSiyasət

İ.Əliyev: “Azərbaycan heç bir dəhliz bağlamayıb”

Bugun.tv xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub. Görüş zamanı “Zəngəzur dəhlizi”i məsələsi müzakirə olunub.

Çıxışı zamanı Prezident İ.Əliyev Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasına cəhd etdiyini xatırladıb və deyib: “Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, həm də beynəlxalq dəmir yolunun bir hissəsi olacaq”.

Həmçinin Paşinyanın ittihamlarına cavab verən Əliyev deyib ki, “Azərbaycan heç bir dəhliz bağlamayıb. Bu platformadan əsassız ittihamlar üçün istifadə etməyə ehtiyac yoxdur”.

Görüş zamanı Rusiya prezidenti Putin isə bildirib ki, ən önəmlisi hər iki tərəfin sülh və ərazi bütövlüyünü dəstəkləməsidir: “Cənab Əliyev 1991-ci il müqavilələri ilə müəyyən edilmiş sərhədlərin çəkilməsi şərtlərindən danışdı. Ən əsası Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü ilə bağlı sazişdir, digər məsələlər arxa plandadır. Həmçinin bütün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri də Ermənistan və Azərbaycan arasındakı münaqişəyə ərazi bütövlüyünün bərpasının həyata keçməsi ilə son qoymağa maraqlıdır”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Böyük bir zövqsüzlük dalğası “kütlə zövqünü” formalaşdırır” – Maya İmran yazır…

Bugün TV

“Azərbaycan və Pakistan qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanan güclü və möhkəm əlaqələr qurub”

Elnarə Dərziyeva

Yeni OpenEarable 2.0 Qulaqlıqlar 30 Bədən Parametrlərini ölçə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu