18 C
Baku
8 Sentyabr 2024, 6:48
Baş xəbərSiyasət

İ.Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.

Görüş zamanı dövlətimizin başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın, həmçinin Cümhur İttifaqının qələbəsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulayıb.

Həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi bildirilib.

Qeyd edilib ki, səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl surətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Vurğulanıb ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətinə toxunulub. Binəli Yıldırımın Ağsaqqallar Şurasının sədri kimi təşkilat çərçivəsində fəaliyyəti vurğulanıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin fəaliyyəti qeyd edilib.

Təbriklərə görə minnətdarlığını bildirən Binəli Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinin uğurlu olduğunu qeyd edib. Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirib. O, Ağsaqqallar Şurasının sədri kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd edilib.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Səudiyyə Ərəbistanı ilə əlaqələr konstruktiv və etibarlıdır

Aynur Camal

Rusiya bu ay Kiyevə raket hücumlarının doqquzuncu dalğasına başladı

Aynur Camal

Polisə silahlı müqavimət göstərməyə cəhd edən şəxslər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu