11 C
Baku
23 Dekabr 2024, 15:28
Baş xəbər

İ. Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi

Avropa İttifaqı Şurasının Prezidenti Zati-aliləri cənab Antonio Koştaya

Hörmətli cənab Prezident, Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.

Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2024-cü il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Vasif Tağıyev: “Onun fikri hamını öldürmək idi,tam hazırlıqlı gəlmişdi”

Nigar Məmmədova

Smitson İnstitutunun qalereyasında Opra Uinfrinin portreti təqdim edildi

Teymur Əziz

Millət vəkilləri Şimali Kiprin 41-ci ildönümündə – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu