12 C
Baku
3 Dekabr 2025, 16:58
Baş xəbər

İ. Əliyev Bolivar Respublikasının Prezidentini təbrik etdi

Venesuela Bolivar Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolas Maduro Morosa

Hörmətli cənab Prezident,

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, dost Venesuela xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2024-cü il

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Köhnə Rus pəhrizi nədir və niyə yenidən dəbdədir?

Aynur Camal

Rusiya prezidenti Azərbaycanın şərtlərini qəbul etdi..

Aynur Camal

Altun İsrail-Fələstin münaqişəsi ilə bağlı “dezinformasiya ilə mübarizə aparmağa” çağırır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu