28 C
Baku
21 İyul 2025, 0:25
Siyasət

İ.Məmmədov: “Avropa parlamenti beynəlxalq tör-töküntü missiyasındadır”

“Dünyada fəaliyyət göstərən bir sıra beynəlxalq qurumlar, siyasi və hərbi bloklar, mötəbər təşkilatlar mövcuddur. Təbii ki, həmin qurumlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və əsaslanmalıdır da. Əfsuslar olsun ki, bu kateqoriyadan olan bəzi təşkilatlar öz yarıtmaz fəaliyyəti ilə bir çox dövlətlərin gözündə xüsusi statusunu itirmiş və lazımsız qruma çevrilib. Nümunə olaraq göstərmək olar ki, 30 ilə yaxın əzəli torpaqlarımızın guya ki, işğal faktının aradan qaldırılması ilə məşğul olan ATƏT-in Minsk qrupunun nümayəndələri bu illər ərzində sadəcə sənəd daşımaqla məşğul olublar. Sözlər, vədlər, haqq-hüquq hamısı kağız üzərində qalıb. Beynəlxalq hüququ və ədaləti dəstəkləməyən bu qurum artıq Azərbaycan üçün cəhənnəmə getdi, gorbagor oldu. Erməni təcavüzkarlarının absurd “status” xülyası cəhənnəmə necə getdisə, Minsk qrupu da artıq eyni qaranlıq səhifədədir”.

Bu sözləri Milli Məclisin deputatı İlham Məmmədov Bugun.tv-yə özəl müsahibəsində qeyd edib.

“Hesab edirəm ki, Avropa parlamenti də məhz, Minsk qrupu ilə eyni səviyyəli və əhəmiyyətsiz qurumdur. Adından məlum olduğu kimi parlament. Əgər buna parlament demək mümkündürsə, təbii ki, qanuna və hüquqa əsaslanır. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Avropa parlamentində əyləşən bir qrup korrupsioner çayxana adamı nə hüququ dəstəkləyir, nə də qanunu nizamlayır. Məgər nə qədər Avropa parlamentariləri kimi kor olasan ki, 30 illik erməni vandalizmini, onların təcavüzkar mənfur siyasətini görməyəsən. Bu qədər faciələrin törədilməsinə baxmayaraq, saxta qərarlar qarşılığında küllü miqdarda pul alan rüşvətxor Avropa parlamenti beynəlxalq hüquqa zidd olan qətnamə qəbul edib”,- deputat bildirib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın lider dövlətinə çevrilmiş, Avropa parlamenti kimi səriştəsiz qurumları lazımsız hesab edərək, məhz özü beynəlxalq hüququ və ədaləti bərpa etdi. Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşdırılması, ölkəmizdə fundamental hüquq və azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Avropa parlamentarilərinə bəlli olan digər həqiqət isə, Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün pozulan hüquqlarıdır.

Biz “Böyük Qayıdış” proqramı çərçivəsində özümüz kobudcasına pozulmuş hüquqlarımızı bərpa edirik. Odur ki, Avropa parlamentinin bu neqativ addımı riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil.
İllərin təcrübəsindən çıxmış hikmətli Ata sözünü Avropa parlamentinin simasında ifadə etsək, necə deyərlər Avropa parlamenti rüşvət yolu ilə aldığı pulları saysın, Azərbaycanda öz qələbələrini sayır!”,- İ. Məmmədov qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Moskva və Bakı qarşılıqlı turist axınının bərpası üçün bir sıra tədbirləri planlaşdırır — nazir

Bugün TV

Kadırovun böyük oğlu ordenlə təltif edildi, nazir təyin edilib

Aynur Camal

Siyasi partiyaların hesab açması qadağan edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu