10 C
Baku
13 Dekabr 2024, 0:38
Mədəniyyət

“I Turan Kitab Festivalı” davam edir

Passage-1901” sərgi salonunda “Çapar” yayınlarının, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilatçlığı ilə “I Turan Kitab Festivalı” davam edir. 

Bugun tv-yə bu barədə məlumat verən Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıçın sözlərinə görə, son zamanlar azərbaycanlı gənclər arasında Türkiyə tarixinə olan marağı nəzərə alaraq, İstanbul Universitetinin professoru İlyas Topsakalı festivala dəvət ediblər. Türkiyə və Azərbaycan tarixi haqqında geniş məlumatı olan professor, Rusiya və Qafqaz tarixçisi, araşdırmaçı elm adamıdır. 

Bugun.tv-yə müsahibə verən İ.Topsakalının sözlərinə görə, 1990- cı illərdən bəri Azərbaycana tez-tez gəlir və qardaş ölkəni öz vətəni qədər sevir. Buraya hər gəldiyində yeniliklər gördüyünü deyən professor kitab festivalının keçirilməsinə də, münasibət bildirib. “Mən Azərbaycana mütəmadi olaraq gəlirəm. Öncəki illərə baxdıqda bu sərgidə kitabların sayının artdığını, müasir, modern üslubda yazan yazarların əsərlərinin çoxluq təşkil etdiyini gördüm. Bu məni həqiqətən də, sevindirdi və qürurlandırdı. Eyni zamanda mədəniyyətlə bağlı həm türk dünyasını, həm də beynəlxalq aləmi əhatə edən kitablar diqqətimi çəkdi. Bundan başqa müəlliflərin konfransdakı çıxıları da çox maraqlı idi. Mən bütün bu yenilkləri və keçirilən festivalı təqdir edirəm”. 

Tarixçi İlyas Topsakalı müsahibəsində onu bu festivala dəvət edən Bakı Yunus Əmrə İnstitutuna və direktor Səlçuk Karakılıça xüsusi təşəkkürünü bildirib.   I Turan Kitab Festivalı”nın təşkilatçılarından olan Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlçuk Karüakılıç da, Bugun.tv-yə müsahibə verib. Kitab festivalını keçirməkdə məqsədimiz, kitab sərgilərinin yaşaması,  azərbaycanla türk elm adamlarını bir araya gətirərək, iki ölkə arasında tarixi bağlar haqqında müzakirələr aparmaq, kitab və oxucu arasındakı dərin bağlılığı göstərməkdir. Mütaliənin insanlarda yaratdığı ən böyük təsir həyatın əsrarəngiz qapılarını açan açar rolunun olmasıdır. Bundan sonra da Yunus Əmrə İnstitutu olaraq kitab sərgilərinin təşkil edilməsinə dəstək göstərməyə çalışacağıq”

Qeyd edək ki, festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edir. 

Yanvarın 15-ə kimi davam edən sərgiyə giriş sərbəstdir.  

Oxşar xəbərlər

“Bal” filminin təqdimatı oldu

İntizar Əmirova

Tarixi memarlıq abidəsinə qanunsuz müdaxilə olundu

Aynur Camal

Peter kiçik dostlarıyla görüşdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu