14 C
Baku
14 Fevral 2026, 21:41
Dünya

İbadət yerinə hücum: Çoxlu ölü!

Əfqanıstanın Baqlan əyalətində sufilərin ibadət yerinə silahlı hücum nəticəsində 10 nəfər həyatını itirib. Əfqanıstanda namaz qılan dinc sakinlərə atəş açılıb. Taliban təhlükəsizlik komandanlığının bu gün verdiyi açıqlamaya görə, Bağlan vilayətinin Nəhreyn şəhərində “Seyyid Paşa Ağa” kimi tanınan sufilərin ibadət yerinə silahlı hücum edilib.

10 NƏFƏR ÖLÜB!

Silahlı hücumçuların ibadət yerinə atəş açması nəticəsində 10 nəfər həyatını itirib. Açıqlamada zərərçəkmişlərin gün ərzində çörəkpulu qazanmaq üçün işlədikləri, gecələr isə ibadət yerinə gəldiyi bildirilib.

Əyalətdəki Taliban Təhlükəsizlik Komandanlığının direktoru Əbdül Ghayur Khadim hücumla bağlı çoxlu şübhəlinin həbs edildiyini və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

2022-ci ildə Əfqanıstanın paytaxtı Kabildə monastıra hücum nəticəsində onlarla insan ölüb və ya yaralanıb. DEAŞ terror təşkilatı son illərdə sufilərin ibadət yerlərinə edilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada Ali Məhkəmə qərarı — “Palestine Action” qrupunun qadağan edilməsi qanunsuz sayıldı

Aynur Camal

Münhen Təhlükəsizlik Konfransı başladı — qlobal gərilimlər müzakirə olunur

Aynur Camal

Bangladeşdə tarixi parlament seçkisi — BNP üstünlük qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu