13 C
Baku
18 Mart 2026, 16:02
Baş xəbərMədəniyyət

İbrahim Tatlısəs Çeşmədə gipslə səhnəyə çıxdı

İzmirin Çeşme səmtində bir restoranda konsert verərək pərəstişkarları ilə görüşən məşhur sənətçi İbrahim Tatlısəs Muğlanın Bodrum rayonunda keçirdiyi qəzaya görə ayağına gips vurularaq səhnəyə çıxıb. Qəza ilə bağlı açıqlama verən Tatlısəs “Oradan necə çıxdığımıza hələ də təəccüblənirəm. Allah bizi qorudu” deyib.

Bugün.tv  İhlas xəbər agentliyinə istinadən bildirir ki, Muğlanın Bodrum rayonunda baş verən qəzada yaralanan məşhur sənətçi İbrahim Tatlısəs İzmirin Çeşmə səmtindəki restoranda səhnəyə çıxıb. Hər iki ayağında sümüyünün sınığı aşkarlanan Tatlısəs əlil arabasında ayaqları sarğı ilə səhnəyə çıxıb. Çeşmədə pərəstişkarları ilə görüşən İbrahim Tatlısəs keçirdiyi qəza ilə bağlı açıqlamalar verib.

Tatlısəs, “İndi ayağımı sizlərə  çevirdim, üzr istəyirəm. Niyə? Çünki ayağımın altında sınıqlar var. Uca Allah bizi yenə qorudu. Allah üzümüzə baxdı. Mən Allahın sevimli bəndəsiyəm, o deməkdir ki, sizlər bizim üçün çox dua edirsiz. Allah sizi qorusun. Oradan necə sağ çıxdıq, hələ də təcüblənirəm. Maşın fırlandı, biz qayaya çırpıldıq. Bu zaman bir işçimiz var, “Biz sağıq, İbrahim bəy?” deyə məndən soruşdu. Dedim: “Allah bizi xilas etdi”.

Bugün.tv

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Koçaryanın namizədliyi Kremlin planıdır

Aynur Camal

Şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu