24 C
Baku
8 Sentyabr 2025, 2:52
Dünya

‘İcazəsiz’ uçan vertolyot otelin damına düşdü!

“İcazəsiz” uçan helikopter Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində bir otelin damına düşüb. Qəza nəticəsində pilot ölüb. Otelin damında yanğın baş verib, oteldə qalan yüzlərlə insan təxliyə edilib.

Səlahiyyətlilər oteldə qalan 80 yaşlı kişi və 70 yaşlı qadının xəstəxanaya yerləşdirildiyini və vəziyyətlərinin stabil olduğunu açıqlayıb.

Kvinslend polisi və aviasiya təhlükəsizliyinə nəzarət orqanı qəza ilə bağlı araşdırmaya başlasa da, helikopteri icarəyə götürən şirkət helikopterin “icazəsiz” uçuş etdiyini açıqlayıb.

Hadisə zamanı oteldə qalan Amanda Kay vertolyotun yağışlı havada işıq işıqları sönmüş halda çox alçaq hündürlükdə uçduğunu bildirib və “Çevrilərək binaya çırpılıb” deyib.

Digər bir şahid isə helikopterin çox sürətlə uçduğunu iddia edərək dedi:

“Toqquşmadan bir neçə dəqiqə əvvəl helikopter otelin yanından iki dəfə keçib”.

Kvinslend Təcili Yardım Xidmətindən (QAS) verilən açıqlamada, vertolyotun rotor qanadlarından ikisinin zərbə nəticəsində qoparaq kordona və otel hovuzuna düşdüyü bildirilib. QAS-ın sözçüsü Caitlin Dennings verdiyi açıqlamada, “Bunun bomba kimi səsləndiyinə dair məlumatlar var” deyib.

Mənbə: TGRT

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

NASA elan etdi! “Zombi ulduzu”nu yaxından izləyin: Onun super gücləri var

Aynur Camal

“Buradakı həyat sanki geriyə gedib”

Aynur Camal

Afrika ölkələrində qasırğa 10-larla insanın həyatına son qoydu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu