“Bəzən yağışdan, seldən sonra evlərə gələn su sarı rəngdə, palçıq kimi olur. Ən çox da belə hal bir çox rayonlarında müşahidə edilir”. Bugun.tv xəbər verir ki, bu sözləri tanınmış sosioloq Elçin Bayramlı televiziyaların birinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, mənbələrdən gələn su mütləq çənlərdə, su anbarlarda bir müddət gözlənilməlidir.
“Əsas qorxunc təhlükə bakterioloji təhlükədir. Bizim mağazalardan aldığımız sular kiçik sexlərdən gəlir. O sexlər bu suları hər gün öz labaratoriyalarında yoxlasalarda, bu yanıışdır. Belə sular ən geci bir saatdan bir yoxlanmalıdır. Çünki, suyun içinə hər an, hər hansı bir mikrob, bakteriya düşə bilər. Bu da kütləvi yoluxmaya, epitemiyaya səbəb olar”,- deyə E. Bayramlı bildirib.
Müxbir: Əmirova İntizar