25 C
Baku
11 Sentyabr 2025, 0:31
Baş xəbərHadisə

İçməli sudan 150 nəfər zəhərləndi

Bugun.tv xəbər verir ki, Dərnə şəhərində isə 150 ​​nəfər içməli sudan zəhərlənib. Bu səbəbdən Liviyada seldən zərər çəkmiş bölgələrdə bir illik fövqəladə vəziyyət elan edilib.

Milli Birlik Hökuməti nəzdində Xəstəliklərlə Mübarizə Mərkəzinin direktoru Heydər es-Sayih yazılı açıqlamasında baş verənlər barədə məlumat verib.

Ölkənin şərqindəki Dərnə şəhərində kanalizasiya sularının içməli suya qarışdığını və bu səbəbdən 150 nəfərin zəhərləndiyini bildirib. Şəhərdə içməli suyun istehlaka uyğun olmadığını və başqa mənbələrə müraciət etmək lazım olduğunu bildirən Sayih seldən zərər görən bütün bölgələrdə bir il müddətinə fövqəladə vəziyyət elan etmək qərarına gəldiklərini deyib.

Bugün TV

Oxşar xəbərlər

Sülhməramlılara aid avtomobil karvanı aksiya ərazisindən sərbəst keçdi

Aynur Camal

ABŞ: “Biz İranın nüvə proqramını ləngitməsini alqışlayırıq”

Bugün TV

Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu