Təyin olunduğu gündən bu günə qədər hər zaman Şəhid ailələrinin, qazilərin və hər bir İsmayıllı sakinin yanında olan, onlara dəstək çıxan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun növbəti təqdirəlayiq addımı…
Cənab başçı öz doğum gününü Şəhidimiz Bədəlov Ruslanın anası Almarə xanım ilə birlikdə qeyd edib.
Onu da deyim, ki, Almarə Kərim qızı Bədəlova rayonumuzun ən yaşlı şəhid anasıdır.

Ruslan Maarif oğlu Bədəlov 1969-cu ildə İsmayıllı şəhərində anadan olub. 1987-1989-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1993-ci ilin noyabr ayında RHK-ya könüllü müraciət etmiş, cəbhə xəttinə döyüşlərində iştirak etmək üçün yollanmışdır. I Qarabağ müharibəsində -1993-cü il Fevral ayının 1-i Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimiz 1993-cü il fevral ayının 3-də İsmayıllı rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.



Məmur kəlməsi qulağa nə qədər uzaq, yad, təkəbbürlü biri kimi səslənsə də, Nahid Bağırovun sayəsində, bütün bu fikirlər alt-üst oldu. Sayənizdə sizin kimi sadə, bizlərdən biri, ölkə rəhbərinə sadiq, işində məsuliyyətli bir insan tanıdıq.