20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qalibidir. İctimai birliyin icra etdiyi layihə “ Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” adlanır. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Layihə rəhbəri Maral Zamanovanın Bugun.tv – yə verdiyi məlumatda qeyd edilir ki, layihə müharibədən zərərçəkmiş vətəndaşların xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.
Layihə çərçivəsində artıq tədbirlər icra olunub. Bakı şəhərində keçirilən tədbirdə şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri, layihə icraçıları iştirak ediblər.
8 oktyabr tarixində İctimai birlik “ Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsi çərçivəsində Lənkəran-Astara rayonuna səyahət etdilər.
Lənkəran-Astara səyahətinin gündəliyi aşağıdakı kimidir:
1.Səhər saat 6.00-da xüsusi ayrılmış avtobusla təyin olunmuş ərazidən Lənkərana hərəkət
Saat 9.00-da səhər yeməyi
Lənkəran rayonunda gəzinti
Saat 13.00-da günorta yeməyi
Saat 14.30-da Astara rayonunda gəzinti
Saat 18.00-da Çay süfrəsi-Bakıya dönüş.
Verilən məlumata görə səhər tezdən xüsusi avtobusla şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri Lənkəran-Astara rayonuna hərəkət etdilər. 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyinin sədri Maral Zamanova iştirakçıları salamlayaraq layihə barədə məlumat verdi.
Layihənin eksperti səfər gündəliyini xatırlatdı.
Yolda səhər yeməyi təşkil olundu.
Daha sonra yola davam edilərək iştirakçılar Lənkəran şəhərinə gəldilər. Lənkəran şəhərinin mərkəzi küçələrindən birində Heydər Əliyev Momerial Parkı yerləşir. Səfər iştirakçıları ilk olaraq Parkda oldular.
Növbəti ziyarət isə Şəhidlər kompleksi oldu. İştirakçılar Şəhidlər kompleksinin önünə gələrək, xatirələrini yad etdilər.
Lənkəran Tarix-Diyarşünaslıq muzeyi iştirakçıların böyük marağına səbəb oldu. Onlar eksponatlarla tanış oldular.
Lənkərana gələnlər mütləq burada bazarla tanış olurla . Hələ də tarixi, qədimliyi , əl əməyini yaşadan bazarda böyük simvollardan biri həsirdən səbətlərdir.
Günorta yeməyi də maraqlı məkanda təşkil olunmuşdu.
Astarada səfər iştirakçılarını maraqlı anlar gözləyirdi. Layihə rəhbəri və ekspert həssas qrupların istirahəti,psixoloji durumlarının, əhvallarının yaxşılaşması, özlərində güvənin yaranması üçün hər detalı düşünmüşdülər. Sitrus bağı hamının heyrətinə səbəb oldu. İştirakçılara öz əlləri ilə mandarin, limon yığmaq üçün şərait yaradılmışdı.
Həssas qrupların sevincinin həddi-hüdudu yoxuydu. Bunu layihə eksperi ilə bölüşən iştirakçılar çay, şirniyyat süfrəsi arxasında şifahi sual–cavaba verdikləri cavablarda bildirdilər. Həm layihə Rəhbərinə həm də Ekspertə minnətdarlıq bildirildi. İştirakçılar bir daha dövlətə və insanlara gərəkli olduqlarını hiss etdiklərini dilə gətirərək, işğaldan azad olunmuş torpaqlara səfərlərin təşkilini arzuladılar. Xocalıdan olan iki iştirakçı növbəti səfərin Xocalıda olacağına ümid etdiklərini dilə gətirdilər.
Daha maraqlı anlardan biri də geri dönərkən avtobusda keçirilən viktorina oldu. 10 doğru suala cavab verən səfər iştirakçıları hədiyyələrlə mükafatlandırıldılar. Bu ictimai birlik sədrinin növbəti sürprizi idi.Beləliklə, 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi daha bir layihəni uğurla başa vurdu.