23 C
Baku
9 İyun 2025, 22:24
Dünya

“İctimai kvota qərarı” etirazlarında ölənlərin sayı 187-yə yüksəldi

Banqladeşdə Qurtuluş Döyüşündə iştirak edənlərin ailələri üçün ictimai kvota ayrıldıqdan sonra başlayan etirazlar davam edərkən, zorakılıq hərəkətlərində həyatını itirənlərin sayı 187-yə yüksəlib.

Ölkədə nəşr olunan “Protom Alo” qəzetinin məlumatına görə, ötən həftə elan edilmiş komendant saatı cümə axşamı gününə qədər uzadılıb.

İctimai kvota qərarından sonra başlayan etirazlarda ölənlərin sayı 187-yə yüksələrkən, yüzlərlə insan yaralanıb, 2 mindən çox adam saxlanılıb.

Bölgədəki xəstəxana polisi Md Bachchu Mia AA müxbirinə bildirib ki, etirazların başladığı gündən xəstəxanaya gündə orta hesabla 70-80 nəfər gəlir.

Banqladeşin baş naziri Şeyx Hasina Vacid etirazlardakı zorakı hərəkətlərə görə ölkənin müxalifət partiyalarını məsul hesab edib.

  Xatırladaq ki, Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra etirazlar başlayıb.

İyulun 21-də Banqladeş Ali Məhkəməsi Müstəqillik Müharibəsində iştirak edənlərin ailələrinə ayrılacaq kvotanı 30 faizdən 7 faizə endirib, qalan 93 faizin isə ləyaqətə görə ayrılmasına qərar verib. Bu inkişafdan sonra gərginlik azaldı.

Mənbə: TrtHaber

Sevinc Sadıqova

Oxşar xəbərlər

ABŞ prezidenti Co Baydenin namizədlikdən geri çəkilməsində diqqət çəkən detal

İntizar Əmirova

Fransada İslamofob hücumlar! Məsciddə öldürülən gəncdən sonra bu dəfə hicablı qadına hücum edildi

Aynur Camal

Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 352 nəfərə çatdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu