9 C
Baku
22 Yanvar 2025, 23:44
Dünya

İctimai nəqliyyat pulsuz oldu

Balkan ölkəsi Serbiyanın paytaxtı Belqradda yanvarın 1-dən ictimai nəqliyyat pulsuz olub.

Belqrad meri Aleksandar Sapicin 30 dekabr 2024-cü ildə qəbul etdiyi və həmin gün rəsmi qəzetdə dərc olunan qərarla paytaxt sakinləri və qonaqlar yanvarın 1-dən etibarən şəhərin ictimai nəqliyyatından pulsuz istifadə etməyə başlayıblar.

1 yanvar 2025-ci il tarixindən etibarən təxminən 1,7 milyon əhalisi olan Belqrad Avropada ictimai nəqliyyatı pulsuz olan və əhalisi 500 mindən çox olan yeganə şəhər oldu. Bu tətbiqin məqsədi paytaxtda nəqliyyat sıxlığını azaltmaqdır.

Sosial tədbir olaraq atılan addım çərçivəsində ictimai nəqliyyat vasitələrinin yola düşmə vaxtlarının sabit saxlanılması təcrübəsinə də son qoyulub.

Şəhər rəhbərləri onu da bildirdilər ki, qərar çərçivəsində ictimai nəqliyyat marşrutları dinamik şəkildə müəyyən edilir və sürücülər ehtiyaclar çərçivəsində aldıqları siqnala uyğun hərəkət edirlər.

Bildirilib ki, dinamik qrafik sayəsində avtobusların hərəkət cədvəlinə çatmaq üçün boş və bəzi dayanacaqlarda dayanmadan hərəkətinin qarşısı alınacaq.

Bələdiyyə Başçısı Sapic, şəhərə yeni tətbiqin dəqiq dəyərini bilmədiklərini, lakin bu günə qədər ictimai nəqliyyatın subsidiyasına hər il 250 milyon avro ayrıldığını və buna bir neçə on milyon avro əlavə ediləcəyini gözlədiklərini söylədi.

Mer qeyd etdi ki, geriyə baxanda bilet satışından əldə olunan gəlirlər ictimai nəqliyyat xərclərinin təxminən 15 faizini ödəyib.

Sapic, “Artıq aylıq və ya illik bilet və ya endirimli biletlər olmayacaq. Əvəzində sosial tədbir olaraq Belqrad Avropada 500 mindən çox əhalisi olan yeganə şəhər olacaq və pulsuz ictimai nəqliyyat təklif edəcək. 450 min əhalisi olan Tallin kimi nümunələr var, Fransada da bəzi nümunələr var. “Ancaq bunlar 200 və ya 300 min əhalisi olan nisbətən kiçik şəhərlərdir” deyib.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Həbsxanasında mühafizə itləri qazlarla əvəzləndi

Teymur Əziz

Süni intellekt ölü heyvanlara səs verir

Aynur Camal

Stoltenberq Qərbi Rusiya-KXDR paktı fonunda birləşməyə çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu