Bugun.tv “TRT Haber”-ə istinadən xəbər verir ki, Kocaelinin Gebze rayonunda idarəetmədən çıxan maşın, avtomobilə çırpılaraq alovlanıb. D-100 quru yolunun Ankara istiqaməti Köşklü Çeşme Mahallesi kəsişməsində meydana gələn qəzada, T.A. Müdiriyyətində olan avtomobil sürücüsünün idarəetməni itirməsi nəticəsində M.K. idarə etdiyi avtomobilə çırpılıb.
Zərbənin təsirindən avtomobildən tüstü qalxmağa başlayıb.Avtomobildən düşən sürücünün xəbəri ilə əraziyə yanğınsöndürənlər və polis qrupları sövq edilib.Avtomobildə olan yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Maşın yararsız hala düşüb. Qəza səbəbindən yol bir müddət nəqliyyatın hərəkətinə bağlanıb. Avtomobil çıxarıldıqdan sonra yol hərəkət üçün açılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Müxbir: İntizar Əmirova
