Dünya

İddia olunan fırıldaqçı Chen Zhi Kamboca polisindən Çinə ekstradisiya edildi

ABŞ tərəfindən Kambocadan milyardlarla dollarlıq onlayn fırıldaqçılıq şəbəkəsi idarə etməkdə ittiham olunan Çin əsilli maqnat Çen Çji orada həbs olunaraq Çinə ekstradisiya edilib

Kamboca hakimiyyəti tərəfindən bu addım, Çinin istəyi ilə, beynəlxalq miqyasda fəaliyyət göstərdiyi iddia olunan kiberfırıldaq şəbəkəsinə qarşı mübarizənin bir hissəsi kimi həyata keçirilib. Chen və iki digər Çin vətəndaşı bu həftə Çinə təhvil verilib. Kambocada da onun və ortaqlarının ələ keçirilərək təhvil verildiyi bildirildi. Bu addımın arxasında bir neçə aylıq ortaq istintaq və beynəlxalq təzyiqlər dayanır.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya daxil olmaqla bir sıra ölkələr Chen Zhi və Prince Group-u kiber “fırıldaq və pul yuma” əməliyyatlarında günahlandırıb və ona qarşı sanksiyalar tətbiq edib.

Belə ki, ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən 14 milyard dollar dəyərində bitcoinin müsadirə edildiyi bildirilib. Və Chen Zhi-nin rəhbərlik etdiyi şəbəkənin dünyanın müxtəlif ölkələrindəki vətəndaşlardan milyardlarla dollar dəyərində saxta investisiya təklifləri ilə pul aldığını iddia etmişdir.

Analitiklərə görə, ekstradisiya qərarı həm Kamboca hökumətinin beynəlxalq cinayətkarlığa qarşı əməkdaşlığının bir nişanəsi, həm də Pekinlə Phnom Penh arasındakı hüquqi sahədə artan əməkdaşlığın nəticəsidir. Chen Zhi-nin Çinə verilməsi, beynəlxalq fırıldaqlıqla mübarizədə növbəti mərhələyə keçid hesab olunur, lakin bu şəxsə qarşı ABŞ və Birləşmiş Krallıqda davam edən ittihamlar və təqiblər hələ də fəaldır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu