19 C
Baku
8 Sentyabr 2024, 3:26
Baş xəbərİdman

İdmançılarımız 6 qızıl medal qazandılar  

Bugun.tv xəbər verir ki, Honq Konqda bu il 14-18 avqust tarixlərində Çin Döyüş Növləri üzrə 15-ci beynəlxalq festival və Vinq-Çun üzrə 11-ci dünya çempionatı keçirilib.

Azərbaycan idmançıları qızıl medal qazandı
Azərbaycan idmançıları

30 ölkədən 2000 dən çox atletin iştirak etdiyi yarışmada, ölkəmizi Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Vinq Çun Federasiyasının 12 idmançısı təmsil edib.

Azərbaycan idmançıları qızıl medal qazandı
Qalibiyyət anı

Bu barədə televiziyamıza Çin Döyüş Sənəti Assosiasiyasının prezidenti Asif Sayadov məlumat verib. O, yüksək nəticə göstərərək 6 qızıl və 4 gümüş medala sahib olduqlarını bildirib.

 

İdmançıların müxtəlif çəki və idman növəri üzrə qazandıqları uğurları sizə təqdim edirik:

Yeniyetmələr:

I yer   – Nailə Əliyeva                (Vinq Çun tao lu)

I yer   – Məryəm Mahalova        (Vinq Çun tao lu)

I yer   – İsmayıl Sayadlı              (Vinq Çun kontakt – 75kq)

I yer   – Məhəmmədəli Axundov (Vinq Çun kontakt – 56 kq)

Gənclər və böyüklər:

I yer   – Ayman Mahal                (Vinq Çun kontakt – 65 kq)

II yer – İbrahim Ağayev             (Vinq Çun kontakt – 56 kq)

II yer – Mehman Bədəlzadə       (Vinq-Çun kontakt – 80 kq)

II yer – Süleyman İsmayılov      (Vinq-Çun kontakt – 75 kq)
II yer – Murad Məhərrəmov      (Vinq-Çun tao lu)

 45-60 yaş arası:

I yer   – Mahmud Mehtioğlu       (Vinq-Çun tao lu)

Bugun.tv olaraq, idmançılarımızı təbrik edir, onlara uğurlar diləyirik!  

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Kosmik gəmidəki cihazlar işə düşüb

Bugün TV

Zəhər tacirlərinə qarşı əməliyyat: 49 nəfər saxlanıldı

İntizar Əmirova

Terror həyəcanı oldu: 7 məktəb boşaldıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu