14-18 avqust tarixlərində Honq Konqda Çin Döyüş Növləri üzrə Dünya Festivalı və Vinq Çun idmanı üzrə XI Dünya Yarışması keçiriləcəkdir.
Bu barədə Bugun.tv-yə Vinq Çun Federasiyasının baş məşqçisi Arzuman Rəsulzadə xəbər verib. Onun sözlərinə görə, müxtəlif yaş kateqoriyalarında təşkil olunan Vinq Çun döyüşü üzrə yarışmada ölkəmizi Azərbaycan Çin döyüş Növləri Assosiasiyanın təşkilatçılığı ilə Vinq Çun Federasiyasının 12 nəfərdən ibarət yığma komandası təmsil edəcək. Milli yığma komanda federasiyanın prezidenti Asif Sayadovun rəhbərliyi ilə yola düşür.
İdmançılarımız yarışda Vinq Çunun bir neçə versiyasında (Vinq Çun-kontakt, Çi Sao və Taolu) çıxış edəcəklər. İki ildən bir keçirilən bu yarışda 50-dən çox ölkədən 2000-ə yaxın atlet iştirak edəcək.
Biz də sonda, “Bu gün” televiziyası olaraq idmançılarımıza uğurlar arzulayırıq!
Müxbir: İntizar Əmirova